Aida İmanquliyeva
Aida İmanquliyevanın həyat yolu və zəngin elmi irsi haqqında söhbət açılır. Azərbaycan şərqşünaslığında mühüm iz qoyan alim ərəb filologiyasını və müasir ərəb ədəbiyyatını dərindən araşdırıb. Onun Mixail Nuaymə, Cübran Xəlil Cübran və Əmin ər-Reyhani kimi ədiblərin yaradıcılığına həsr etdiyi tədqiqatlar Şərq və Qərb ədəbi əlaqələrinin öyrənilməsinə mühüm töhfə verib. Ekran əsərində görkəmli alimin elmi fəaliyyəti, pedaqoji irsi və Azərbaycan mədəniyyətindəki yeri diqqət mərkəzindədir. Азербайджан.
